"Əməkdar müəllim"

Məktəbimizin ibtidai sinif müəllimi Səmagül Əliyevanın gənc nəslin təlim-tərbiyəsi istiqamətində göstərdiyi səmərəli pedaqoji fəaliyyəti ölkə prezidenti tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 Əliyeva Səmagül Əsgər qızı 28 dekabr 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. 1975-ci ildə V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ”Coğrafiya əlavə biologiya” fakültəsinə qəbul olub və 1980-ci ildə ”Coğrafiya əlavə biologiya” ixtisası üzrə tam kursu bitirib. İlk pedoqoji fəaliyyətə Dənizçilik məktəbində başlayıb. 1998-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Universitetinin ”İbtidai təhsilin pedaqoqika və metodikası” ixtisası üzrə yenidənhazırlanma kursuna daxil olub, 1999-cu ildə ”İbtidai sinif müəllimi” ixtisası üzrə tam kursu bitirib.

1992-ci ildən hal-hazıradək M.X.Axundzadə adına 102 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Pedaqoji  fəaliyyəti dövründə öz təhsilini daim artıraraq  müxtəlif  təşkilatların: 2008-ci ildə ”Turac” tədris mərkəzində kompüter kursunun, 2004-cü ildə “Fəal və interaktiv təlim-tədris üsulları” mövzusuna həsr olunmuş təlim kursunun, 2008-ci ildə Azərbaycan Respublikasnın Təhsil Nazirliyi və ”Mədəd” humanitar təşkilatının İKT-nin təhsilə tətbiqi  üzrə “İntel Gələcək üçün Təhsil”  kursunun, 2010-cu ildə Təhsil Nazirliyinin İxtisasartırma Təhsilinə dair “Smart Technologies” şirkətinin təşkil etdiyi “Dymo Mimio İnteraktiv Texnologiyaları ilə tədris” kursunun, 2013-cü ildə “Öyrədənlərin öyrədəni” kursunun birinci dərəcəli sertfikatlarını  qazanıb. ”Lider  və  innovativ  müəllim” beynəlxalq sertifikatına layiq görülüb. Müxtəlif dövrlərdə təhsilin inkişafı istiqamətində qazandığı nailiyyətlərinə görə Fəxri  fərmanlarla təltif olunub. 1999-cu ildə “İlin ən yaxşı mühazirəsi” müsabiqəsinin qalibi, 2004, 2005, 2006-cı illərdə ”Gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə”, 2009-cu ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən “Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə”, 2006-cı ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Milli kurikulumun hazırlanmasında, tətbiqi və təbliği sahəsində qazandığı nailiyyətlərə görə”, 2011-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Pedaqoji sahədə səmərəli fəaliyyətinə görə” Fəxri fərmanla təltif olunub. Pedaqoji  fəaliyyəti dövründə rayon, şəhər üzrə açıq dərslər verib, dərsləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Öz təcrübəsini şəhər və respublika səviyyəsində yaymaq məqsədilə qəzet və jurnallarda elmi məqalələrlə çıxış edib. ”Azərbaycan müəllimi”qəzetində, 1999-cu ildə “İbtidai siniflərdə vətənpərvərlik hissi tərbiyəsi”, 2004-cü ildə “Müəllim-valideyn əməkdaşlığının təlim-tərbiyə prosesində rolu”, “Bakı Təhsili” qəzetində 2009-cu ildə ”Kurikulumla necə işləməli?” mövzusunda verdiyi dərs nümunəsi, “Təhsil problemləri” qəzetində “Şagirdlərin nitqinin inkişafında fəal təlimin rolu”, ”Dövrlə ayaqlaşmaq istəyirsənsə”, “Müəllimin uğurları və nailiyyətləri” mövzularında aktual məqalələrlə çıxış edib. Azərbaycan Respublikası Prezidentinin 01.09.2009-cu il tarixli sərəncamı ilə “İlin ən yaxşı müəllimi“ müsabiqəsinin qalibi olub. 2010-2011-ci illərdə ”Hərflərin söz çələngi”,”Rəqəmlərin sehirli dünyası” adlı kitabları çap edilib.

2013-cü ildə ölkə prezidentinin fərmanı ilə “Tərəqqi” medalına layiq görülüb.                                                         

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi