5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib

04.10.2019-cu il tarixdə qarşıdan gələn 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Şagirdlər ömrünü xalqın xoşbəxt gələcəyinə həsr edən müəllimlərindən, müəllimlik peşəsindən fəxrlə söhbət açıblar. 

Çıxış edən müəllimlər ölkəmizin gələcək inkişafı və gənc nəslin təlim-tərbiyəsi istiqamətində əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.

Tədbirdə səmərəli fəaliyyəti ilə fərqlənən müəllimlər təltif olunublar.

Şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi