Məktəbəhazırlıq qruplarının ilk dərs məşğələləri

Oktyabrın 1-də məktəbəhazırlıq qruplarında ilk dərs məşğələlərinə start verilib.

Məktəbimizdə 4 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür, məşğələlər 1 oktyabr - 31 may dövrünü əhatə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi