Maarifləndirici tədbir keçirilib

27 sentyabr 2019-cu il tarixdə məktəbin akt zalında “Narkotikə yox deyək!” və “Erkən nigah” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri Baş Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili” bölməsinin rəisi Məryəm Ömərova, həmin bölmənin inspektoru polis baş leytenantı Ruslan Məmmədov, BŞBPİ-nin “Narkotiklərlə mübarizə” idarəsinin baş əməliyyat müvəkkili Naib Ömərov, Binəqədi Rayon Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili” bölməsinin rəisi  polis kapitanı İlham Atakişiyev və həmin bölmənin baş inspektoru polis polkovnik leytenantı Fizzə Məmmədova və Binəqədi Rayon Qeydiyyat Şöbəsinin rəisi Tahirə Əsgərova, məktəbin direktoru M.H.İsmayılova, IX, X, XI sinif şagirdləri, sinif rəhbərləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd IX, X, XI sinif şagirdlərində sağlam həyat tərzi formalaşdırmaq, şagirdlərin zərərli vərdişlərdən, narkotik maddələrdən qorunmasını təmin etmək, məlumatlılıq səviyyələrini artırmaq, narkotik maddələrin və erkən nigahın insanın həyatında yaratdığı fəsadlar haqqında məlumatlar vermək idi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi