Biz sülhə səs veririk

20.09.2019-cu il tarixdə məktəbimizdə Beynəlxalq Sülh Gününə həsr olunmuş toplantı keçirilib.
Toplantıda uşaqlar sülhə aid seirlər söyləyiblər, mahnılar oxuyublar.
Kağızdan düzəltdikləri göyərçinləri nümayiş etdirərək uçurublar. Hazırladıqları plakatlarda, qəzetlərdə, bülletenlərdə sülh, əmin-amanlıq şəraitində yaşadıqları və təhsil aldıqları üçün xoşbəxt olduqlarını ifadə ediblər.
Arzu ediblər ki, ölkəmizdə həmişə sülh olsun. İşğal altında olan torpaqlarımızda azadlıq günəşi parlasın. Qaçqınlarımız, köçkünlərimiz doğma yurdlarına geri dönsünlər və orada da sülh, əmin-amanlıq bərqərar olsun.