2019-2020-ci tədris ilinin ilk dərs günü

16 sentyabr 2019-cu il tarixdə məktəbimizdə “Bilik günü” qeyd olunub.

Tədbirdə Respublika Uşaq fondunun sədri Aqil Məhərrəmov, Binəqədi rayonu Veteranlar şurasının nümayəndəsi, məktəb kollektivi, şagirdlər və valideynlər  iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Sonra məktəbin istedadlı şagirdlərinin ifasında məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın himni səslənib. Vətənə, elmə, biliyə aid şeirlər və mahnılar səslənib, rəqslər nümayiş etdirilib.

2018-2019-cu tədris ilində keçirilən tədbirlərdə, məntiq olimpiadalarında, bilik yarışlarında uğur qazanan şagirdlər diplomla təltif olunub.

Tədbirdə məktəbin direktoru M.H.İsmayılova, Respublika Uşaq Fondunun sədri Aqil Məhərrəmov, Binəqədi rayonu Veteranlar şurasının nümayəndəsi, valideynlər  çıxış edərək yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar, milli-mənəvi dəyərlərimizdən, azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik ruhunun şagirdlərə aşılanmasından danışıblar. Tədbirdə həmçinin, ölkədə baş verən iqtisadi inkişaf və tərəqqidən, ölkə prezidentinin təhsil sahəsində apardığı məqsədyönlü fəaliyyətlərdən söz açılıb.

Sonra məktəbliləri elmə, biliyə səsləyən İlk zəng çalınıb. 2019-2020-ci tədris ilinin ilk dərs məşğələləri başlanıb. İlk dərs məşğələləri I-IV siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi