Pedaqoji şuranın iclası keçirilib

12.09.2019-cu il tarixdə Pedaqoji şuranın birinci iclası keçirilib. İclasda 2018-2019-cu tədris ilinin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələr, yay-tədris tapşırıqları alan şagirdlərlə işin vəziyyəti barədə danışılıb.

Məktəbin Fəaliyyət planı müzakirə və təsdiq olunub. Sinif rəhbərləri, metodbirləşmə sədrləri təyin və təsdiq edilib. Sinif komplektləri müəyyənləşdirilib.

IX-XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri müzakirə və təhlil olunub. Qeyd edilib ki, məktəb üzrə ümumi təhsil kursu üzrə 1, tam orta təhsil kursu üzrə 3 nəfər şagird fərqlənmə attestatı alıb. 

İclasda ali məktəblərə qəbulun nəticələrindən də söz açılıb. Məzunlarımız ali məktəbə qəbulda uğurlu nəticələr əldə ediblər. 88 nəfər məzundan 76 nəfəri respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. 3 nəfər şagirdimiz 600-dən yuxarı bal toplayıb.

İclas zamanı müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, məktəbdə əlverişli təlim və inkişaf mühitinin, sağlam psixoloji durumun möhkəmləndirilməsi, sinif rəhbərlərinin funksiyası, müəllimlərin şagirdlərə yanaşma tərzi barədə məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

2019-2020- ci tədris ilində pedaqoji kollektivə səmərəli fəaliyyət və uğurlar arzulanıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi