Şagirdimiz “Məktəblərarası IV Məntiq olimpiadası”nda “Fəal iştirakçı sertifikatı”na layiq görülüb

Məktəbimizin VI “q” sinif şagirdi Əliyeva Fatimə Raul qızı 2018-2019-cu tədris ilində Lütfi Zadə adına “Məktəblərarası IV Məntiq olimpiadası”nın final turunda iştirak edib. O, əldə etdiyi nəticələrə görə “Fəal iştirakçı sertifikatı”na layiq görülüb.

Fatimə həm də Kenquru beynəlxalq riyaziyyat müsabiqəsində fəal iştirak edib.

Əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların elmə olan marağını artırmaqdan ibarət olan olimpiadada iştirak etmək Fatiməni yeni uğurlara həvəsləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi