Şagirdlər yay tətilini səmərəli keçiriblər

 VI sinif şagirdləri yay tətili dövründə sinif rəhbərləri ilə birlikdə Bakının qədim abidələrini və tarixi yerlərini ziyarət ediblər.

Ziyarətin məqsədi şagirdlərdə dostluq, vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət hislərini gücləndirmək, bədii-estetik zövqü inkişaf etdirmək, tarix fənni üzrə bilgilərini, məlumatlılıq səviyyələrini artırmaq, dünyagörüşünü genişləndirmək, asudə vaxtlarını səmərəli təşkil etmək olub.

Gəzinti zamanı şagirdlər Qala muzey kompleksi ilə, Atəşgahla yaxından tanış olublar. Xalqımızın qədim tarixi, mədəniyyəti, qədim el sənətləri barədə maraqlı məlumatlar əldə ediblər.

Qala kəndində, Atəşgahda xoş təəssüratlar yaşayan məktəblilər gəzintidən böyük zövq alıblar.

Belə gəzintilərin, ziyarətlərin, ekskursiyaların mütəmadi olaraq təşkil olunmasını arzulayıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi