"Yay məktəbi" başa çatıb

Yay tətili dövründə məktəbimizdə “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” fəaliyyət göstərib.

Əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gəncləri-gələcəyin liderlərini formalaşdırmaq olan "Yay məktəbi"ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. “Yay məktəbi”nə avqustun 30-da şagirdlər arasında keçirilən “Bilik yarışı” ilə  yekun vurulub.

“Bilik yarışı”nda məktəbimizin komandası 1-ci yeri tutub. Komandanın tərkibində VIII sinif şagirdləri yarışıb.

 Komanda üzvlərinə hədiyyələr, diplomlar, medallar və kubok təqdim olunub.

 

              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi