Şagirdimiz rüs dili üzrə respublika olimpiadasının qalibi olub

         

“Hər bir şagird istedadlıdır” devizi altında bilikli, bacarıqlı şagirdlərin üzə çıxarılması, onlarla işin təşkili, müsabiqələrə, bilik yarışlarına cəlb edilməsi istiqamətində işlər uğurla davam edir. 

Məktəbimizin istedadlı şagirdlərindən biri olan Aylin Nəbiyeva rus dili fənni üzrə respublika olimpiadasının qalibi olub.

Aylin VII sinifdə oxuyur. Dərs əlaçısıdır. Bilik yarışlarında, müsabiqə və olimpiadalarda iştirak edib, sertifikatlar qazanıb.

O, məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın fəal üzvüdür. “Əlifbamızın tarixi”, “Tarixdə izi qalan Azərbaycan qadınları” mövzularında araşdırmalar apararaq maraqlı təqdimatlar hazırlayıb.

Uğurların davamlı olsun, Aylin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi