Birlikdə mütaliə edirik

Bu gün III sinif şagirdlərinin yazıçı Mehriban Nağıyeva ilə görüşü keçirilib.

Şagirdlər yazıçının əsərlərini böyük həvəs və maraqla oxuduqlarını söyləyiblər.

Oxuduqları hekayə və təmsilləri müzakirə və təhlil edərək əsərlərin böyük tərbiyəvi əhəmiyyətini və ondan faydalandıqlarını qeyd ediblər.

Sonra şagirdlərin ifasında əsərlər əsasında hazırlanmış səhnəciklər nümayiş etdirilib.

Şagirdlərin obrazları xüsusi bacarıqla canlandırdıqlarını bəyənən yazıçı Mehriban Nağıyeva məktəb rəhbərliyinə, müəllim və şagirdlərə təşəkkür edərək bu görüşdən məmnunluq hissi keçirdiyini bildirib.

Tədbirin sonunda yazıçı şagirdlərə kitab hədiyyə verib, kitablarla dost olmağı, həmişə mütaliə etməyi tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi