Yaşıl dünya naminə həmrəylik ili

Məktəbimizdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Coğrafiya bir dünyadır" adlı tədbir keçirilib. Tədbir məktəbimizdə təcrübə keçən tələbələrin birgə köməyi ilə hazırlanıb. Tədbirdə məktəb müdiriyyəti, müəllim və şagirdlər iştirak ediblər. Tədbir zamanı şagirdlərin ifasında təbiətə aid mahnılar, şeirlər səslənib, rəqslər ifa olunub. Bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda VII-VIII sinif şagirdləri arasında coğrariya fənni üzrə bilik yarışının final mərhələsi keçirilib. Qalib komandalar mükafatlandırılıb.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin coğrafiya fənni üzrə biliklərinin artırılması, yaşıl təbiəti qorumaq naminə həmrəyliyin formalaşması, təbiətə və ətraf mühitə qayğının aşılanması, təcrübə keçən tələbələrin fəaliyyətinin qiymətləndirilməsidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi