Pedaqoji şuranın iclası keçirilib

Məktəbimizdə yeni dərs ilinin başlanması ilə əlaqədar pedaqoji şura iclası keçirildi.
Tədbirdə əvvəlcə məktəb rəhbərliyi çıxış edərək qarşıya qoyulan məqsəd və vəzifələrdən danışdı.
Daha sonra müəllimlər fənlər üzrə tədris planı, şagirdlərin təhsil nailiyyətləri və dərsdənkənar fəaliyyətlərlə bağlı öz fikirlərini bölüşdülər.
Müzakirələr nəticəsində yeni tədris ilində görüləcək işlər müəyyənləşdirildi və müvafiq qərarlar qəbul edildi.