Bilik Günü

1 sentyabr – Bilik günü münasibətilə məktəbimizdə təntənəli tədbir keçirildi. Tədbirdə əvvəlcə dövlət himni səsləndirildi, daha sonra çıxış edənlər şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdilər.
Tədbir zamanı məktəbimizin yeni direktoru vəzifəsini icra edən G. Nəzərəliyeva yeni tədris ilində şagirdlərə uğurlar arzuladı.
O, öz çıxışında təhsilin keyfiyyətinin artırılması və şagirdlərin uğurları üçün birgə çalışacağını vurğuladı.