23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

23.04.2024-cü il tarixdə məktəbimizin kitabxanasında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.Tədbirdə Kitabların insan həyatındakı rolundan danışılıb.

Qeyd edilib ki, “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir. Ənənəvi olaraq, hər il UNESCO bu gün münasibətilə geniş ictimaiyyətə müraciət eidr. Bu ilki müraciət kitablara həsr olunub”.

Çıxış edən müəllimlər şagirdlərə mütaliə etmək, dünya mədəni irsi ilə tanış olmaq tövsiyə edilib. Şagirdlərin ifasında bədii nümunələr səsləndirilib. Şagirdlərin təqdimatları dinlənilib.

Tədbirin keçirilməsində məqsəd şagirdləri mütaliəyə, bədii yaradıclığa həvəsləndirmək, kitablara qayğı aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi