Dahi şair Məhəmməd Füzulinin 530 illiyi qeyd olunub

Bu il ölkəmizdə Azərbaycanın görkəmli şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd olunur. Şairin 530 illiyi münasibətilə məktəbimizdə dəyirmi masa keçirilibdir.

Tədbirdə çıxış edənlər dahi şairin həyatı və yaradıcılığı haqqında danışıblar. Qeyd olunub ki, M.Füzuli Azərbaycanın klassik şairlərindəndir. Şərq poeziyasında lirik şair, məhəbbət şairi kimi tanınır. Divan janırının ən məşhur simasıdır. Məhəmməd Füzuli bir şox poemaların, qəzəllərin müəlifidir. Ən məşhur poeması “Leyli və Məcnun”dur.

Sonra şagirdlərin ifasında şairin əsərlərindən bədii nümunələr səsləndirilib. Hazırladıqları təqdimatlar dinlənilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərimizi M.Füzulinin yaradıcılığı haqqında məlumatlandırmaq, onları dəyərlərimizə hörmət ruhunda böyütmək, şairin zəngin bədii  irsini təbliğ etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi