Hərbi - idman oyunları təşkil olunub

Mayın 30-da məktəbimizdə ”Təlimdə tər tökən döyüşdə qan tökməz” devizi altında hərbi - idman oyunları keçirilib.
Hərbi –idman oyunlarının keçirilməsində məqsəd şagirdlərin fiziki və çağırışaqədərki hərbi hazırlığının təmin edilməsi, şagirdlər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.
Yarış məktəb rəhbərliyi, müəllim, şagird heyəti və valideynlər tərəfindən maraqla izlənib.
Şagirdlər bu yarışmada həvəslə iştirak ediblər. Onlar “tunel”dən keçərək maneələri cəsarətlə dəf ediblər.
Avtomatları saniyələr içində söküb yığıblar. Sürünə-sürünə “döyüş” meydançasına yaxınlaşaraq “yaralılar”a ilk tibbi yardım göstəriblər.
Bu oyunda yarışan komanda üzvləri fiziki tərbiyə və hərbi hazırlıq dərslərində əldə etdikləri bilik və bacarıqlarını məharətlə nümayiş etdiriblər.
Tədbirdə, həmçinin, vətənpərvərlik mahnıları da ifa olunub.