"Alternativ enerji" mövzusunda maarifləndirici tədbir keçirilib

Socarın Ekologiya İdarəsinin əməkdaşı Bağırov Şahbazın iştirakı ilə məktəbimizin 7-ci sinif şagirdlərinə "Alternativ enerji" mövzusunda maarifləndirici tədbir keçirilib.
Alternativ enerji haqqında şagirdlərə geniş və ətraflı məlumat verilib.
Tədbirdə video-çarx nümayiş etdirilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin məqsədi şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ekologiya haqqında bilgiləri artırmaqdır.