9 May Qələbə günü

                   

Bu gün məktəbimizdə faşizm üzərində qələbənin ildönümü qeyd edilib. V, VIII sinif şagirdləri 9 May Qələbə günü ilə əlaqədar təqdimatlar hazırlayıblar.

Divar qəzetləri buraxıblar. Onlar faşizm üzərində qələbənin qazanılmasında igidliklər göstərən Azərbaycan oğullarının qəhrəmanlıqlarından danışaraq slaydlar göstəriblər.

Sonra qəhrəman döyüşçülərimizin vətənə olan məhəbbətlərindən fəxrlə söhbət açıblar.  

Arzu ediblər ki, igid Azərbaycan oğulları erməni qəsbkarları üzərində qələbə çalsın, işğal altında olan torpaqlarımız geri alınsın və üçrəngli bayrağımız o torpaqlarda da qürurla dalğalansın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi