İstedadlarımız

Məktəbimizin V ”d” sinif şagirdi Quluzadə Nigar Rüfət qızı 21.04.2019-cu il tarixdə keçirilən Kenquru beynəlxalq riyaziyyat müsabiqəsində iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin riyaziyyat fənninə olan marağını artırmaq, onların riyaziyyat üzrə biliyini beynəlxalq səviyyədə qiymətləndirməkdir.
Nigar Binəqədi rayonu üzrə müsabiqədə iştirak edən 251 nəfər iştirakçı şagirdlər arasında III yeri tutub.
30 sualdan 22 sualı doğru cavablandırıb. Nigar bu müsabiqədə 120 mümkün baldan 86 bal toplayıb.
Şagirdimizi təbrik edirik, ona uğurlar arzulayırıq.