Şagirdlərimizin Qobustana ekskursiyası keçirilib

                Mayın 5-də şagirdlərimiz Qobustan Milli Tarixi-Bədii Qoruğunda ekskursiyada olublar.

Ekskursiyanın keçirilməsində məqsəd şagirdlərin tarixi irsimiz, milli-mədəni abidələrimiz haqqında biliklərini artırmaq, onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Ekskursiyada məktəblilər Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə yaxından tanış olublar.

Burada sərgilənən eksponatlara, qayaüstü rəsmlərə, qaval daşına maraqla tamaşa ediblər.

Şagirdlər ekskursiyadan böyük zövq alıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi