İməcliklərin keçirilməsi davam edir

Mayın 6-da məktəbimizin həyətyanı sahəsində iməclik keçirilib.
İməcliyin keçirilməsində məqsəd şagirdlərə əməksevərlik tərbiyəsi aşılamaq, onlarda zəhmətkeşlik, ətraf mühitə qayğı hisləri və estetik zövq formalaşdırmaqdır.
Həyətyanı sahədə təmizlik işləri apardıqdan sonra şagirdlər “Həyətimizi gözəlləşdirək" devizi altında gül-çiçək əkiblər.
Şagirdlər iməcliyə həvəslə qoşulublar. Onlar işləməkdən, gül-çiçəyə qulluq etməkdən zövq aldıqlarını söyləyiblər.