Məntiq olimpiadasının məktəb turu keçirilib

Mayın 4-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının məktəbdaxili mərhələsi keçirilib.
Olimpiadada məktəbin V-VI sinif şagirdləri iştirak edib.
İlk turda şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, məntiqi təfəkkürü ilə fərqlənən istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.