İstedadlarımızı tanıyaq

        Məktəbin Fəaliyyət planının 1.1.7-ci, prioritet fəaliyyət istiqamətlərinin 2.6-cı bəndlərinin icrası istiqamətində işlər davam etdirilir.

       “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı fənnlər, eləcə də musiqi, rəsm, idman üzrə ümid verən istedadlı şagirdlər aşkara çıxarılır, tədbirlərə cəlb edilir.

        Belə şagirdlərdən biri rəssamlığa xüsusi meyli və həvəsi olan Nurcan Poladovadır. Bu gün məktəbimizdə onun rəsmlərindən ibarət sərgi təşkil olunub.

        O, rəsmləri ilə bir çox sərgilərdə iştirak edib. Diplomlar və sertifikatlar qazanıb.

        Nurcan məktəbin rus bölməsinin IX “q” sinfində oxuyur. Nurcan kulinariya ilə də maraqlanır, dadlı yeməklər və şirniyyatlar hazırlayır.

        O həm də yaxşı rəqs edir. İstedadlı şagirdimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi