”Özülü düzgün atılmış bu gün”- inamlı sabahın qarantıdır

           Məktəbin Fəaliyyət planının 1.2.6; 1.2.7-ci bəndlərinin icrası istiqamətində işlərin aparılması davam edir.

           ”Özülü düzgün atılmış bu gün”- inamlı sabahın qarantıdır” mövzusunda 9-cu siniflərdə valideyn iclasları keçirilib. İclasda məktəb rəhbərliyinin, şagird və müəllimlərin  iştirakı təmin edilib.  

           İclaslarda şagirdlərin ixtisas seçiminə düzgün istiqamətləndirilməsi, eləcə də, ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına ciddi hazırlığın təmin edilməsi, uşaqlar üzərində valideyn nəzarətinin və məsuliyyətinin artırılması və bu istiqamətlərdə valideynlərə kömək göstərilməsi barədə söhbətlər aparılıb.

           Şagirdlərin təlim naliyyətləri, davranışları, məktəbdaxili nizam- intizam qaydalarına riayətetmə vəziyyəti barədə valideynlərə məlumat verilib.

           Valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi