İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Breyn - rinq" intellektual oyunu keçirilib

Məktəbimizin 7-9 sinif şagirdləri arasında Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu keçirilib.
Oyunda beş komanda iştirak edib. 8”a” sinfinin “Kamil” komandası sualları daha dolğun və məzmunlu cavablandıraraq parlaq oyun nümayiş etdirdiyinə görə yarışın qalibi olub.
Komanda 1-ci yeri tutaraq diplomla təltif olunub.