“Reproduktiv sağlamlıq" mövzusunda seminar keçirilib

           Məktəbin Fəaliyyət panına uyğun olaraq VI sinif şagirdlərinə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar keçirilib.

           Seminarın keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

           Seminarda “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin əməkdaşı,Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssisi Bənövşə Tağıyeva reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verib, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən qorunmaq barədə maarifləndirici söhbətlər aparıb.

           Seminar zamanı gənc nəslin sağlam böyüməsi, sağlamlığa ziyan verən vərdişlərdən uzaq olması, gələcəkdə sağlam ailə qurması istiqamətində məsləhət və tövsiyələr verilib.

           Seminarda mövzuya uyğun olan video-çarx nümayiş etdirilib. Şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi