Mehriban müəllim-şagird münasibətlərini qoruyaq

16.04.2019-cu il tarixdə məktəbimizin akt zalında  8-9-cu sinif şadirdləri ilə buraxılış imtahanları barədə  söhbət aparılıb. 

Məktəbin direktoru M.H.İsmayılova 9-cu sinif şagirdlərinə buraxılış imtahanlarının ikinci mərhələsində daha yaxşı nəticəyə nail olmaq  üçün vaxtdan səmərəli istifadə etməyi, ciddi hazırlaşmağı, 8-ci sinif şagirdlərinə yaxşı oxumağı, dərslərdə fəal olmağı, yüksək təlim nəticələrinə nail olmağı tövsiyə edib.

Sonra məktəbdaxili nizam-intizamdan, müəllim- şagird münasibətlərindən danışılıb. Şagirdlərə bir-biriləri ilə səmimi, mehriban olmaq,  dostluq etmək, sosial şəbəkələrdən dərs üçün səmərəli istifadə etmək  məsləhət görülüb.

                 Şagirdlər çıxış edərək məktəb rəhbərliyinə minnətdarlıq ediblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi