Yanğından mühafizə

Məktəbimizdə “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda təlimlər keçirilir.
Təlimlərin keçirilməsində məqsəd şagirdlərin fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrindən istifadə haqqında bilik və bacarıqlarının təkmilləşdirməsi, fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsinin artırılmasıdır.
Təlim zamanı şagirdlərə “Fövqəladə halların təsnifatı”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Odsöndürən balonlardan istifadə”, ilk yardımın göstərilməsi qaydaları haqqında maarifləndirici məlumatlar verilib, yanğın zamanı təxliyə qaydaları əyani surətdə göstərilib.