Fövqəladə hallarda davranış qaydaları

Məktəbin 2019-cu il üçün Mülki Müdafiə tədbirləri planına əsasən ,,Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda praktiki tədbirlərin keçirilməsi davam edir. 15.04.2019-cu il tarixdə Binəqədi rayonu FH-nin əməkdaşları tərəfindən məktəbin akt zalında seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd şagirdlərin fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrindən istifadə haqqında bilik və bacarıqlarının təkmilləşdirməsi, fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsinin artırılmasıdır.
“Fövqəladə halların təsnifatı”, “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Zəlzələ zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Civə dağılması zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib. Mövzulara uyğun video-çarx nümayiş etdirilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.