Təsviri incəsənətdən açıq dərs keçirilib

Təsviri incəsənət fənni üzrə nümunəvi dərs təşkil olunub. Məktəb rəhbərliyi və təcrübə keçən təsviri incəsənət müəllimləri dərsdinləmədə iştirak ediblər.
Dərsin məqsədi şagirdlərdə estetik zövq formalaşdırmaq, fənn üzrə xüsusi qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, keçilən mövzu üzrə şagirdlərin bilik və bacarıqlara yiyələnmə səviyyəsinin artırılması olub.
Tədris prosesi müasir təlim, metod və texnologiyaları əsasında qurulub. Dərsdə müəllimin peşəkarlığı və şagirdlərin fəallığı müşahidə olunub.