Narkomaniyaya qarşı mübarizə tədbirləri

Bu gün məktəbimizdə "Narkomaniyaya yox deyirik" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırmasıdır.
Tədbirdə məktəbin IX-XI sinif şagirdləri iştirak edib. Binəqədi Rayonu Polis İdarəsinin şəxsi heyətlə iş üzrə rəis müavini polis polkovnik-leytenant Vüsal Rüstəmov, Binəqədi rayon Veteranlar Şurasının sədri Zaur Əhmədov, polis idarəsinin nümayəndələri narkotik maddələrin insan orqanizmində yaratdığı fəsadlardan danışaraq məktəblilərin zərərli vərdişlərdən qorunması, yad təsirlərdən uzaq olması, sağlam həyat tərzi keçirməsi istiqamətində tövsiyələr veriblər.
Şagirdlər mövzu ilə əlaqədar məruzə və tövsiyələri diqqətlə dinləyiblər və Binəqədi rayonu Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.