Kitab sərgisi keçirilib

Aprelin 3-də Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxananın dəstəyi ilə məktəbimizdə kitab sərgisi keçirilib.
Sərginin keçirilməsində məqsəq şagirdlərdə mütaliə vərdişlərini inkişaf etdirmək, şagirdlərin kitabxanaya cəlbini artırmaq, bədii ədəbiyyata olan maraq və həvəsini gücləndirməkdən ibarətdir.
Kitab sərgisində Azərbaycan və dünya klassiklərinin bədii nümunələri nümayiş etdirilib.
Şagirdlər böyük maraqla sərgiyə tamaşa ediblər. Sərgilənən kitablarla tanış olublar.
Onlar maraqlandıqları əsərləri əldə etmək üçün kitabxanaya üzv yazılıblar.