31 Mart Azərbaycanlıların Soyqırım Günüdür

       

             Məktəbin Fəaliyyət planının 1.1.16-cı bəndinə uyğun olaraq 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.

 Soyqırımı Günü ilə əlaqədar divar qəzetləri buraxılıb. “31 mart-Azərbaycanlıların Soyqırımı Günüdür”, “Azərbaycanlıların soyqırım tarixi” mövzularında qanlı hadisələrdən bəhs edən sənədli filmlər nümayiş etdirilib. Şagirdlər bu mövzularda hazırladıqları məruzə ilə çıxış ediblər.

Tədbirlərdə soyqırım qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib.

 Qeyd olunub ki, hər il martın 31-i ölkəmizdə  Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Ermənilər tərəfinən 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada 10 minlərlə azərbaycanlı qətlə yetirilib, evləri talan edilərək yurd-yuvasından didərgin salınıb. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib,  Azərbaycanlılara qarşı törədilən bir soyqırımı aktı kimi sənədləşdirilib.

        Tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğ olunmasıdır.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi