Kiçik Akademiyanın təqdimatı keçirilib

28.03.2019-cu ii tarixdə məktəbimizdə “Kiçik Akademiya”nın təqdimatı keçirilib.
Tədbirdə BŞTİ-nin sektor müdiri Sevinc Əzimova, Təlimə Dəstək Mərkəzinin direktoru Züleyxa Ələkbərova, məktəb direktorları, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir “Kiçik Akademiya”nın himninin səslənməsi ilə başlayıb. "Tarixdə izi olan Azərbaycanlı qadınlar" mövzusunda maraqlı təqdimatların nümayişi ilə davam edib.
Təqdimatlarda şərqin ilk diplomat qadını Saraxatun, şair qəlbli xanım Ağabeyim ağa, ilk Azərbaycan dili müəllimi və jurnalist Şəfiqə Əfəndizadə, ilk təyyarəçi qadın Züleyxa Seyidməmmədova, ilk professional azərbaycanlı qadın rəssam Maral Rəhmanzadə, şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova, ilk qadın oftalmoloq Zərifə Əliyeva və Azərbaycanın ilk vitse-prezidenti Mehriban Əliyeva haqqında danışılıb.
“Kiçik Akademiya”nın üzvləri olan istedadlı şagirdlər rəqs, şeir, mahnı nümunələri ilə çıxış ediblər.
Tədbirdə çıxış edən Sevinc Əzimova, Züleyxa Ələkbərova, Mailə İsmayılova və digər məktəb direktorları yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən şagirdlərin fəaliyyətlərini dəyərləndirərək tövsiyələrini veriblər və növbəti işlərində onlara uğurlar arzulayıblar.