Novruz bayramı qeyd olunub

                 Martın 19-da məktəbimizdə qədim adət- ənənələrimizi yaşadaraq gələcək nəsillərə çatdırmaq, şagirdləri milli ruhda böyütmək məqsədilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib.

Bildirilib ki, bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyimizin rəmzidir.

Tədbirdə şagirdlər xalqımızın qədim adət-ənənələri haqqında danışıblar, milli rəqslərimizi oynayaraq, şən mahnılar ifa ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi