IX siniflərdə diaqnostik qiymətləndirmə aparılıb

          IX sinif şagirdlərinin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə diaqnostik qiymətləndirmə keçirilib. Diaqnostik qiymətləndirmə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılıb. 

          Şagirdlərin imtahan aparılacaq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsi yoxlanılıb.

          Diaqnostik qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi, imtahanqabağı həyəcanın aradan qaldırılması, uğurun əldə  olunmasıdır. 

          Şagirdlər hər fənn üzrə 30 sualı cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi