Novruz çərşənbəsi qeyd olunub

Bu gün məktəbimizdə od çərşənbəsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərini, adət- ənənələrini özündə birləşdirən milli bayramımızdır.
Novruz yeni gün deməkdir. Novruz bayramının gəlişindən xəbər verən ikinci çərşənbə od çərşənbəsidir.
Bu çərşənbə qədim insanların günəşə, oda olan inamı ilə bağlıdır.
Adət-ənənəyə uyğun olaraq bu gün məktəbimizin həyətində şagirdlər tonqal qalayıb, alovun üzərindən tullanıblar. Tonqal ətrafında rəqs ediblər.
Tədbirin keçirilməsində məqsəd qədim adət-ənənlərimiz haqqında şagirdlərə bilgilər vermək, onları yaşatmaq və gələcək nəsillərə ötürməkdir.