Fərqli dərs nümunələri

               Məktəbin Fəaliyyət planına uyğun olaraq nümunəvi dərslərin verilməsi davam edir. Müəllimlər tərəfindən fərqli dərslər nümunələri hazırlanır.

                Növbəti fərqli dərs nümunəsi 8-ci “q” sinfində hazırlanıb. Fizika və biologiya müəllimləri “İnsan orqanizmində fiziki proseslərin bioloji proseslərə təsiri” mövzusunda dərs təqdim ediblər.

                Dərsdə bioloji sistemlərin müxtəlif səviyyələrində gedən fiziki proseslər və bioloji obyektlərə təsir edən müxtəlif fiziki faktorlar, insan orqanizmində olan fiziki proseslərlə  bioloji xüsusiyyətlər arasında olan əlaqə haqqında danışılıb. Paskal qanunu, ürəyin fəaliyyəti,diffuziya hadisəsi bir biri ilə əlaqələndirilərək təcrübələr aparılıb.

                Dərs müəllimlərin və şagirdlərin böyük marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi