Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

Məktəbimizdə 1-mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətmək, mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə geniş və ətraflı məlumat verməkdən ibarətdir.
2,5,6- cı siniflərdə mülki müdafiəyə həsr olunmuş “Açıq dərs”lər keçirilib. Dərslər zamanı şagirdlərə fövqəladə hadisələr, mülki müdafiə, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, əleyhqazlardan istifadə, dəm qazından zəhərlənmələr, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Həmçinin şagirdlərin fövqəladə hallarla əlaqədar bilik və bacarıqları da yoxlanılıb.
Tədbir zamanı şagirdlər fövqəladə hadisələr baş verərsə, yaralılara ilk tibbi yardım göstərmək və təxliyə olunmaq bacarıqlarını da nümayiş etdiriblər