Xocalı qırğını XX əsrin ən dəhşətli faciəsidir

                 Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş  “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən və məktəbin tədbirlər planına uyğun olaraq məktəbimizdə faciə ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Tədbirlərdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlər  zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri haqqında şagirdlərə məlumat verilib.

Şagird təqdimatları dinlənilib. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs edilib.

Qeyd edilib ki, Xocalının qisası alınacaq. Şəhidlərin qanı yerdə qalmayacaq.

Anaların haqqı düşməndən sorulacaq. İgid oğullar zəbt edilmiş, yandırılmış talan olmuş torpaqlarımızı düşməndən qurtaracaq:

“Ağı bitsin, qəzəb gəlsin.  Yurddan bir savaş səslənsin. Silahlanaq, yaraqlanaq. Düşmən canına od salaq, xalqım, savaşa yollanaq! Bu qan yerdə qalmasın! Qoy alınsın qisası! Yurduna sahib dursun Azərbaycan övladı! Bitsin Xocalı yası!”

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi