Xocalı faciəsinin 27-ci ildönümü qeyd edilib

Fevralın 26-da məktəbimizdə ilk dərslər Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilib.
Tədris olunan dərslərin məqsədi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə sədaqət və məhəbbət duyğularını gücləndirməkdir.
Dərs zamanı şagirdlərin Xocalı faciəsi ilə bağlı təqdimatları, fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb.
Şagirdlər Xocalı faciəsi haqqında yazılan şeirlər, bayatılar, mahnılar, hekayə və povestlərdən hissələr səsləndiriblər. Vətənə, torpağa aid şeirlər söyləyiblər, inşa yazıblar və hazırladıqları fotostendləri, guşələri nümayiş etdiriblər.
Dərslərdə həmçinin Xocalı faciəsini əks etdirən video-çarx, sənədli və bədii filmlərdən fraqmentlər göstərilib.
Dərsin sonunda qeyd olunub ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq. Xocalı qurbanlarının qisası alınacaq.
Ölkə prezidentinin uzaqgörən siyasəti və xalqın birliyi nəticəsində işğal altında torpaqlarımız düşmənlərdən geri alınacaq.