Rəsm sərgisi keçirilib

“Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq məktəbin tədbirlər planı işlənib hazırlanıb. Tədbirlər Planında silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda şagirdlərin rəsm işlərindən ibarət sərgi təşkil olunub. Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülletenlər buraxılıb, foto-stendlər düzəldilib, guşələr yaradılıb.
Şagirdlər əl işlərində, çəkdikləri rəsmlərdə 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda törədilən soyqırımı, qanlı faciəni, insanların fəryadını, ermənilərin qəddarlığını əks etdiriblər. Rəsmlər Xocalıda qətlə yetirilən insanların xatirəsinə həsr olunub.
Tədbirlərin keçirilməsində məqsəd böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, milli vətənpərvərlik ruhunu yüksəltmək və şagirdlərə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdan ibarətdir.