21 fevral Beynəlxalq Ana dili günü qeyd olunub

Bu gün məktəbimizdə 21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd doğma dilimizin tarixi inkişaf mərhələləri, bu dildə yaranan bədii nümunələrin, mədəni irsimizin rəngarəngliyi və dilimizin zənginliyi barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi qorumaq, gələcək nəsillərə ötümək üçün onlarda dilimizə sevgi və hörmət hissini artırmaqdan ibarətdir.
Müəllim, valideyn və şagirdlərin iştirak etdiyi bu tədbirdə Beynəlxalq Ana Dili Gününün təsis edilməsi tarixindən danışılıb, özünəməxsus şirinliyi, ahəngdarlığı ilə seçilən Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb.
Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, dilimizin saflığının qorunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var.
Ulu öndər həmişə dili ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı.
Xalqımızın böyük oğlu deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz. Dili millətin milliliyini saxlayan ən böyük vasitədir”.
Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır.
Tədbir zamanı şagirdlər ana dilimizə həsr edilən şeirlər, bədii nümunələr söyləyiblər, mahnılar oxuyub,rəqs ediblər.