"Valideynin məktəbdə bir günü" layihəsi üzrə Açıq qapı günü keçirilib

       

 21.02.2019-cu il tarixdə məktəbimizdə "Valideyinin məktəbdə bir günü" adlı layihəsinin icrası ilə bağlı tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova iştirak edib.

Tədbirin rəsmi açılışında  layihə haqqında valideynlərə geniş məlumat verilib. Rəsmi açılışdan sonra valideynlər məktəbin foyesində təşkil olunmuş rəsm sərgisinə, şagirdlərin əl işlərinə maraqla tamaşa ediblər.

Məktəbin kitabxanası, tibb otağı, bufet, sinif otaqları, idman və akt zalları, fənn laboratoriyaları, informatika kabinetləri ilə yaxından tanış olublar. 

Sonra onlar 21 Fevral Beynəlxalq “Ana dili” gününə həsr olunmuş, və təqvim planı üzrə keçilən dərsləri müşahidə ediblər.

Valideynlər üçün təşkil olunan  seminar öz aktuallığı ilə valideynlərin diqqətini cəlb edib. Onları maraqlandıran suallar cavablandırilıb.

Tədbirin sonunda şagirdlərin hazırladığı bədii hissə nümayiş etdirilib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi