Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib

Fevralın 3-də məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Bilik yarışında məktəbimizin IX, X və XI sinif şagirdləri iştirak ediblər. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.