9-cu sinif müəllimləri ilə iclas keçirilib

Məktəbin Fəaliyyət planının 1.1.2.7–ci bəndinin icrası istiqamətində işlər davam edir.
01.02.2019-cu il tarixdə məktəbimizdə 9-cu sinif şagirdlərinin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi məqsədi ilə direktoryanı iclas keçirilib.
İclasda 9-cu siniflərdə tədris dili, riyaziyyat, ingilis dili fənlərindən dərs keçən müəllimlər iştirak edib. 1-ci yarımil ərzində qeyd olunan fənlər üzrə 9-cu sinif şagirdlərinin əldə etdiyi təlim nəticələri təhlil olunub.
Buraxılış imtahanlarında müvəffəq nəticələrin əldə edilməsi üçün görüləcək işlərdən danışılıb və bu istiqamətdə nailiyyət qazanılması üçün müəllimlərə tövsiyələr verilib.