Pedaqoji şuranın iclası keçirilib

01.02.2019-cu il tarixdə məktəbimizdə Pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda 1-ci yarımlilin yekunu, şagirdlərin təlim göstəriciləri, məktəbdaxili qiymətləndirmənin nəticələri təhlil olunub və 2-ci yarımildə qarşıda duran vəzifələrdən danışılıb.
İngilis dili fənn aylığı ərzində görülən işlər müzakirə edilərək fənnin tədrisi vəziyyəti təhlil olunub və müvafiq qərarlar qəbul olunub.
Məktəblilərin Respublika Yaradıcılıq Festivalında məktəbin iştirakının təmin edilməsi, “Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi barədə məsələlər də pedaqoji heyət tərəfindən müzakirə olunub.
İclasda, həmçinin, məktəbin maddi –texniki bazasının vəziyyəti, dublikat attestatların verilməsi barədə məlumatlar verilib. Məsələlər araşdırılaraq təhlil edilib və qərarlar qəbul olunub.