Dəyərlərimizlə gələcəyimizi qoruyaq

Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə həyata keçirilən "Dəyərlərimiz - sərvətimiz, gələcəyimizdir" layihəsinin əməkdaşları 14.01.2019-ci il tarixində məktəbimizdə qonaq oldular.
103 şagirdin iştirak etdiyi təqdimat maraq və sevinclə qarşılandı. Bunu təqdimat zamanı şagirdlərin "Bəs biz layihəyə qatılmaq üçün nə edək?" kimi verdiyi suallarda, diskusiya zamanı göstərdikləri maraqda görmək olurdu.
İnanırıq ki, "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" şüarı ilə çıxdığımız bu yolda sərf etdiyimiz zaman və əməyin bəhrəsini indinin məktəblisi, gələcəyin vətənpərvər övladlarının əməllərində gorəcəyik. Bu işdə əməyi olan bütün xeyirxah insanlara təşəkkürümüzü bildiririk!
Gələcəyimiz olan gənc nəslin əxlaqlı, tərbiyəli, dünyagörüşlü, vətənpərvər bir şəxsiyyət kimi yetişməsi bizim ən böyük arzumuzdur.
"Milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və qadın necə olmalıdır?" mövzusunda oyun keçirdik. Oyun müddətində şagirdlər fəallaşır, öz maraqlı fikirlərini bizimlə bölüşürdülər. Şagirdlərin bu cür fəal, aktiv olmaları bizi çox sevindirir.
Ümid edirik ki, günümüzdə aktual, vacib olan belə layihələr həyata keçirməklə yetişməkdə olan gənclərin daha sosial, dünyagörüşlü, tərbiyəli bir şəxsiyyət kimi formalaşmasında cəmiyyətə dəstək ola biləcəyik.